Rusiya vətəndaşlıq istəyən əcnəbiləri Ukraynada müharibəyə cəlb edir

 09:50 17.01.2023     399

Rusiyada vətəndaşlıq üçün növbədə olan əcnəbilərə könüllü ordu sıralarına qoşulmaqla avtomatik vətəndaşlıq təklif edilir.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının operativ məlumatında bildirilir.

Məlumatda qeyd olunur ki, Moskvada maliyyə vəsaitlərinin köçürülməsi yolu ilə Rusiya silahlı qüvvələrinə 10 milyon rubl məbləğində maddi dəstək vermək üçün kommersiya strukturlarına da təzyiqlər var.

İnanılmaz itkilərə görə rus işğalçıları Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərindəki xəstəxanalara həkimlər gətirməkdə davam edir. Tibb müəssisələri Rusiya ordusunun hərbçilərinin müalicəsinə yönləndiriləcək.

Tunar Altunbay