Müharibə başlayandan bəri Zelenskiyə 12-dən çox sui-qəsd olub

 10:31 17.01.2023     414

Prezident Volodimir Zelenski Rusiya Ukraynaya qarşı genişmiqyaslı müharibəsi başlayandan bəri 12-dən çox sui-qəsd cəhdindən sağ çıxıb. Onlardan bəzilərinin qarşısı ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsininnin məlumatları sayəsində alınıb.

Redaktor.az xəbər verir ki, Bu barədə "The Independent" məlumat yayıb.

Publisist Kris Vaypılın "Bir ömür boyu mübarizə: Co Bayden Ağ Evdə" kitabına istinad olunan məlumatda Uilyam Börnsün işğaldan əvvəl Ukraynaya gizli səfər etdiyi iddia olunur. Ona ABŞ prezidenti Co Bayden tərəfindən Zelenskiyə “rusların sui-qəsdlərinin dəqiq təfərrüatlarını” çatdırmaq tapşırılıb.

“Bu, dərhal Zelenskinin diqqətini çəkdi, o, bu xəbərdən məəttəl qaldı və heyrətləndi”,- deyə kitabdan sitat gətirilir.

Börnsün Kiyevə səfəri zamanı Amerika kəşfiyyatı sayəsində azı iki sui-qəsd cəhdi uğursuzluqla nəticələnib.

"Bu kəşfiyyat o qədər təfərrüatlı idi ki, Zelenskinin təhlükəsizlik qüvvələrinə Rusiya tərəfindən onun həyatına iki ayrı cəhdin qarşısını almağa kömək etdi",- Vaypıl yazır,

Ötən il Prezident Administrasiyası rəhbərinin müşaviri Mixail Podolyak bildirib ki, Zelenskinin həyatına 10-dan çox suiqəsd cəhdi olub.

Bununla belə, Ukrayna lideri öz həyatı üçün təhlükə xəbərlərə biganə yanaşıb.

Tunar Altunbay