Almaniya xarici işlər naziri Putini mühakimə etməyin yolunu göstərdi

 11:20 17.01.2023     448

Rusiya prezidenti Vladimir Putin və ölkənin digər liderləri Ukraynaya qarşı təcavüzkar müharibənin başlamasına görə beynəlxalq tribunal qarşısına çıxmalıdırlar.

Redaktor.az “Politico”ya istinadən bildirir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok Haaqadakı Beynəlxalq Cinayət Məhkəməsini (BCM)ziyarəti zamanı deyib.

Alman diplomatiyasının rəhbəri qeyd edib ki, Putini BCM çərçivəsində məsuliyyətə cəlb etmək mümkün deyil, çünki Rusiya bu məhkəmənin yurisdiksiyasını tanımır. Həmçinin BMT Təhlükəsizlik Şurası Haaqa məhkəməsinə belə səlahiyyətlər verə bilməyəcək, çünki Rusiya özü veto hüququ ilə bu qətnaməni bloklayacaq.

Bu maneədən keçmək üçün Burbok təklif edir ki, tərəfdaş ölkələr birgə Rusiyanın Ukraynaya təcavüzü cinayətinə baxacaq və bu ölkənin rəhbərliyini mühakimə edə biləcək “xüsusi tribunal” yaratsınlar.

“Putin indi bilməlidir ki, onun aqressiyası cəzasız qalmayacaq”,- Burbok bildirib.

Tunar Altunbay