Ermənistan parlamentində mübahisə düşdü

 11:57 17.01.2023     390

Ermənistan parlamentində hakim və müxalifət partiyalarının deputatları arasında mübahisə düşüb.

Redaktor.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, iqtidar və müxali deputatlar qanun layihəsinə səsvermə zamanı razılığa gələ bilməyiblər.

“Ermənistan” və “Mənim şərəfim var” partiyaları qanun layihəsi ilə bağlı danışmamaq qərarına gəliblər. Bu isə rəqiblərin etirazına səbəb olub. Vitse-spiker Ruben Rubinyan vətəndaşların baş verənlərdən xəbərdar olmaq hüququna istinad edərək bu qərarın səbəbləri ilə maraqlanıb.

“Ermənistan” fraksiyasının katibi Artsvik Minasyan bildirib ki, hakimiyyətin təqdim etdiyi layihələr yarımçıqdır və bugünkü prioritetlərə uyğun deyil. Onun fikrincə, siyasi çoxluq seçicilərin arxasında gizlənərək spekulyasiyaya əl atır.

“Mənim şərəfim var” partiyasının katibi Hayk Mamicanyan vurğulayıb ki, hakimiyyət yalnız seçkilərdəki saxtakarlıqlarla məşğul olduqdan sonra müxalifətin hərəkətlərinə münasibət bildirə biləcək.