Oleksiy Arestoviç istefa verdi - VİDEO

 13:34 17.01.2023     389

Ukrayna Prezident Ofisi başçısının müşaviri Oleksiy Arestoviç istefa verib.

Redaktor.az UNIAN-a istinadən xəbər verir ki, o, bu barədə feysbuk səhifəsində məlumat yayıb.

O, bununla bağlı Ukrayna Prezident Ofisinin başçısı Andrey Yermaka ərizə ilə müraciət edib.

"Mən istefa məktubu yazdım. Sivil davranış nümunəsi göstərmək istəyirəm. Əsas səhv istefa deməkdir", - Aretoviç deyib.

Şərhlərdə Arestoviç qərarın qəti olub-olmadığını dəqiqləşdirməyib.

"Keçən dəfə mən gedəndə ay yarım sonra müharibə başladı. Bu dəfə görək nə olacaq", - o əlavə edib.

Arestoviç həm də Prezident Aparatından, eləcə də Donbass üzrə Üçtərəfli Təmas Qrupunda Ukrayna nümayəndə heyətinin spikeri vəzifəsindən istefa verdiyini iddia edib. Lakin sonra jurnalistlər Aretoviçin sözlərini təsdiqləyə bilməyiblər.

Qeyd edək ki, Ukraynanın Dnepr şəhəri yanvarın 15-də Rusiya tərəfindən raket hücumuna məruz qalıb. Bu hücum nəticəsində 40-dan çox şəhər sakini ölüb. Onun həmin hadisə ilə bağlı məlumatın yayılmasında ölkənin təhlükəsizliyinə ziyan vuracaq şərh verdiyi iddia olunur. Ukrayna Ali Radasının deputatları Oleksiy Arestoviçin istefası ilə bağlı imzatoplama kampaniyasına başlamışdı.

O.Arestoviç 1975-ci il avqustun 3-də Gürcüstanın Tsiteli-Tsikaro bölgəsində anadan olub. 2020-ci il dekabrın 20-dən Ukrayna Prezident Ofisi başçısının müşaviri vəzifəsində işləyir.

Tunar Altunbay