Ermənistanın Baş Qərargah rəisinin keçmiş müavininə cinayət işi açıldı

 15:52 17.01.2023     465

Ermənistan İstintaq Komitəsi Baş Qərargah rəisinin keçmiş müavini, KTMT Birləşmiş Qərargahının keçmiş rəis müavini Haykaz Baqmanyana qarşı bəyan edilməli olan gəlirlərin qanunsuz varlanması və gizlədilməsi faktı üzrə cinayət işi açıb.

Redaktor.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş Prokurorluğundan bildirilib.

Məlumatda qeyd olunur ki, 2014-2020-ci illər ərzində Baqmanyan mütəmadi olaraq gəlir bəyannaməsini təqdim etməyib.

Hesabat dövründə onun şəxsi hesabları qanuni gəlirindən artıq olan vəsaitlə doldurulub, vəsaitlərin artımı bəyannamələrdə qeyd olunmayıb.

Əldə edilmiş faktlar əsasında qanunsuz varlanma və gəlirlərin gizlədilməsi faktı üzrə baş hərbi istintaq idarəsində cinayət işi başlanıb.

Tunar Altunbay