400 min dollar dəyərində oğurlanmış rəsm əsərləri tapıldı

 17:52 17.01.2023     318

ABŞ-ın Kolorado ştatının Boulder şəhərinin polisi oğurlanmış, dəyəri 400 min dollar olan rəsmləri tapıb.

Redaktor.az "İzvestiya"ya istinadla xəbər verir ki, dekabrın 14-də Boulderdən Helen de Kuninq və Jane Freilixer də daxil olmaqla müasir Amerika rəssamlarının beş rəsm əsəri oğurlanıb. Rəsmlər nəqliyyat şirkətinin əməkdaşları oteldə gecələyən zaman Los-Ancelesdən sənət daşıyan furqondan oğurlanıblar.

Rəsmlər Boulderin cənubundakı Leykvudda bir otel otağında aşkar edilib. Polis rəsmləri ələ keçirmək üçün əməliyyat keçirib, bir neçə silah və 2000-ə yaxın tiryək həbləri aşkar edib. Tezliklə rəsm əsərlərini oğurlamaqda və 20-yə yaxın başqa cinayətdə şübhəli bilinən 31 yaşlı Brendon Kamaço-Levin saxlanılıb.

Boulder Polis İdarəsinin rəisi Maris Herold, "Biz təkcə bu sənət əsərlərini mükəmməl vəziyyətdə qaytarmaqla kifayətlənməmişik, həm də cəmiyyətimizin əsl bəlası olan ölümcül narkotiklərin küçələrə düşməsindən qorumuşuq" deyib.

Bundan əvvəl, 2022-ci il noyabrın 9-da İtaliyanın Mədəniyyət Nazirliyi rəssam Cakomo Di Çirikonun “Qar effekti” tablosunun oğurlandığını açıqlamışdı. Əsər Matera şəhərinin Milli Muzeyinin fondunda saxlanılırdı.

Turan İSMAYIL