Arestoviçin istefası qəbul edildi
Ukrayna Prezidenti Volodimir Zelenskinin ofisi Aleksey Arestoviçin aparat rəhbərinin müşaviri vəzifəsindən istefasını qəbul edib.
Redaktor.az-ın “Ukrayna Pravda”ya istinadla məlumatına görə, Ukrayna liderinin mətbuat katibi Sergey Nikiforov bildirib ki, prezidentin aparatı Arestoviçi ştatdankənar müşavir vəzifəsindən azad edib. Bu barədə müvafiq əmri ofisin aparat rəhbəri Mariya Vituşok imzalayıb.
Qeyd edək ki, bundan əvvəl Arestoviç sosial şəbəkədə istefa verdiyini yazmışdı. Onun sözlərinə görə, o, “köklü səhvə” yol verib və istefa məktubu “sivil davranış” nümunəsidir.
Turan İSMAYIL