ABŞ-ın baş kəşfiyyatçısının ardınca Hakan Fidan da Tripoliyə getdi

 19:18 17.01.2023     416

Türkiyə Milli Kəşfiyyat Təşkilatının rəhbəri Hakan Fidan Liviyanın paytaxtı Tripoliyə səfər edib.

Redaktor.az xəbər verir ki, bu barədə Əl-Cəzirə məlumat yayıb.

Onun sözlərinə görə, Fidanın səfərinin məqsədi Liviya Milli Birlik Hökumətinin rəhbəri Abdel Hamid Dbeiba ilə görüşməkdir. Telekanal danışıqların mümkün mövzuları barədə məlumat vermir.

Qeyd edək ki, yanvarın 12-də ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Bernsin Tripoliyə səfəri məlum olub. Bu səfər, Burns 2021-ci ilin martında ABŞ Prezidenti Co Bayden administrasiyasında hazırkı vəzifəsini tutduqdan sonra ilk səfər idi. Səfər zamanı Börns ABŞ və Liviya arasında təhlükəsizlik sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin tərəfdarı olduğunu bildirib və Liviyanın son sabitlik və inkişaf vəziyyətini yüksək qiymətləndirib.

Turan İSMAYIL