Rusiyada jurnalist “cəbhə” sözünə görə CƏRİMƏLƏNDİ

 19:48 17.01.2023     360

Rusiyada "Dojd" telekanalında "cəbhə" sözünü dediyi üçün"Yakutia.Info" nəşrinin redaktor müavini Timofey Yefremov məhkəmə tərəfindən 30 min rubl (740 manat- red.) məbləğində cərimə edilib.

Redaktor.az xəbər verir ki, T.Yevremov “Qadını cəbhəyə göndərmək olmaz” ifadəsini işlədib.

"Meduza" yazır ki, jurnbalistin bu hərəkəti guya Rusiya ordusunu nüfuzdan salır.

Məhkəmə bəyan edib ki, “cəbhə” anlayışı müharibəyə aiddir və Rusiya müharibə yox, “xüsusi əməliyyat” aparır. Belə ki, jurnalist rəsmi “təmas xətti” ifadəsini işlətməli olub.

Yakutiya Ali Məhkəməsi işə yenidən baxılması üçün geri qaytarıb.

Tunar Altunbay