Entoni Blinken Çavuşoğlu ilə görüşəcək

 22:39 17.01.2023     252

ABŞ dövlət katibi Entoni Blinken Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşəcək.

Redaktor.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, görüş yanvarın 18-də ABŞ Dövlət Departamentində baş tutacaq.