Niderland Ukraynaya “Patriot” göndərməyi nəzərdən keçirir

 23:18 17.01.2023     268

Niderland Ukraynaya “Patriot” zenit-raket komplekslərini göndərməyi, ABŞ və Almaniyanın Kiyevi hava hücumundan müdafiə ilə dəstəkləmək səylərinə qoşulmağı nəzərdən keçirir.

Redaktor.az xəbər verir ki, bu barədə “Bloomberg” yazıb.

Niderlandın Müdafiə Nazirliyinin sözçüsü Saşa Luhoff bildirib ki, Amsterdam Ukraynanın hərbi dəstəyini daim nəzərdən keçirir.

Bundan əvvəl Ukraynanın Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak “Patriot” zenit-raket komplekslərinin yazda döyüşlərə cəlb olunacağını bildirib.