Rusiya tərəfindən qaçırılan 125 uşaq Ukraynaya qaytarıldı

 09:46 18.01.2023     328

Müharibə zamanı qanunsuz olaraq Rusiyaya aparılan 125 uşağı Ukraynaya qaytarmaq mümkün olub.

Redaktor.az “UNİAN”a istinadla xəbər verir ki, bunu Davosda Dünya İqtisadi Forumunda “Ukrayna sənsən” layihəsinin açılışı zamanı Ukrayna prezidentinin uşaq hüquqları və uşaq reabilitasiyası üzrə komissarı Daria Gerasimçuk deyib.

“Rusiya ordusu tərəfindən qaçırılan və deportasiya edilən 14 minə yaxın uşağın məlumatlarını müəyyənləşdirə bildik və təəssüf ki, onlardan yalnız 125-ni qaytara bildiyimizi söyləyə bilərik”,-deyə o qeyd edib.

Qeyd edək ki, Rusiyanın Ukraynaya genişmiqyaslı işğalı başlayandan indiyədək 456 uşaq öldürülüb. Daha 897 nəfər yaralanıb.

Həmidə İbrahimova