Volodin Merkel və Ollandı tribunalla HƏDƏLƏDİ
Ukrayna rəhbərliyinin, Almaniyanın keçmiş kansleri Angela Merkelin və Fransanın keçmiş prezidenti Fransua Ollandın Minsk razılaşmalarının Kiyevə möhkəmlənmək üçün vaxt qazanmağa dair etirafları onlara qarşı beynəlxalq hərbi tribunal üçün sübut olmalıdır.
Redaktor.az TASS-a istinadla bildirir ki, bu fikri çərşənbə günü Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin deyib.
"Ukrayna Təhlükəsizlik Şurasının rəhbəri Kiyev rejiminin (Rusiya rəsmiləri Ukrayna hakimiyyətini belə adlandırır) Rusiya ilə müharibəyə hazırlaşdığını etiraf etmişdi. Bu bəyanat, eləcə də Merkel və Ollandın Minsk razılaşmalarının Kiyevə hazırlıq üçün vaxt verməyin bir yolu olduğuna dair açıqlamaları bir daha təhlükəsizliyə nə qədər real və ciddi təhlükənin olduğunu göstərir", - Volodin yazıb.
Onun sözlərinə görə, Kiyev rejiminin nümayəndəsinin, Almaniya və Fransanın keçmiş liderlərinin etirafları beynəlxalq hərbi tribunal üçün sübut kimi istifadə olunmalıdır.
Spiker onu a əlavə edib ki, Ukrayna rəhbərliyi, Merkel və Olland nəticələri proqnozlaşdırıla bilən və törətdikləri cinayətlərə görə cəzaya layiq olan dünya müharibəsi başlamaq planı qurublar.
Tunar Altunbay