Dünyanın ən yaşlı insanı vəfat etdi

 10:19 18.01.2023     378

“Dünyanın ən yaşlı insanı” titulunu daşıyan 118 yaşlı fransız rahibə Lucile Randon dünyasını dəyişib.

Redaktor.az “Haber Global”a istinadla xəbər verir ki, Randonun qaldığı Fransanın cənubunda yerləşən Tulon qocalar evinin rəsmiləri rahibənin dünən yatağında vəfat etdiyini bildirib.

Keçən il aprelin 25-dən bəri dünyanın ən yaşlı insanı titulunu daşıyan, 1904-cü ilin fevralında anadan olan rahibə Randon 2021-ci ilin əvvəlində Covid-19-dan yoluxsa da sağalıb.

Həmidə İbrahimova