Hindistan əhali sayına görə Çini ötdü
Hindistan əhalisinin sayına görə dünyanın ən çox əhaliyə malik ölkəsi olan Çini geridə qoyub.
Redaktor.az xarici mətbuata istinadən xəbər verir ki, 2022-ci ilin statistikasına əsasən, Hindistanın əhalisi 1 milyard 417 milyon nəfər təşkil edib.
Çinin əhalisi isə bundan 5 milyon az - 1 milyard 412 milyon nəfər olub. Bununla da dünyanın ən çox əhalisi olan ölkə statusu Hindistana keçib.
Qeyd edək ki, ötən il Çin əhalisi son illərdə ilk dəfə azalmağa başlayıb. Bu, həyata keçirilən çoxillik demoqrafik siyasətlə bağlıdır.