Ukraynada helikopter uşaq bağçasına düşdü - Ölənlər var - VİDEO

 11:32 18.01.2023     617

Bu gün səhər saatlarında Kiyev vilayətinin Brovarı şəhərində uşaq bağçası yaxınlığında helikopterin qəzaya uğraması nəticəsində 5 nəfər ölüb.

Redaktor.az bildirir ki, bu barədə UNİAN-a Kiyev vilayəti polisinin nümayəndəsi məlumat verib:

"İlkin olaraq, helikopter uşaq bağçasının yaxınlığında qəzaya uğrayıb. Artıq 5 nəfərin öldüyü barədə məlumat var..., ilkin məlumata görə, ölənlərin arasında uşaqlar da var".

Pryanişnikova əlavə edib ki, Kiyev vilayətinin polis idarəsinin rəisi Andrey Nebitov artıq hadisə yerindədir.

Tunar Altunbay

 

Vumart və Güvən reklamı Vumart Güvən