Rusların Ukraynada öldürdüyü uşaqların sayı günü-gündən artır

 11:59 18.01.2023     478

Rusiyanın Ukraynanı işğala başladığı ilk gündən  459 uşaq həlak olub, 909-a yaxın uşaq yaralanıb.

Redaktor.az-ın Ukraynanın Baş Prokurorluğuna istinadən məlumatına görə, yanvarın 18-ə olan məlumata görə, Ukraynada rusların əməlləri nəticəsində 1368-dən çox uşaq zərər çəkib.

Xüsusilə, yanvarın 14-də düşmənin Dneprdə yaşayış binasına raket zərbəsi endirməsi nəticəsində 6 uşağın öldüyü, 17-nin yaralandığı məlum olub.

"Prokurorluğun məlumatına görə, 459 uşaq həlak olub, 909-dan çoxu yaralanıb. Bu rəqəmlər yekun deyil. Onların müvəqqəti işğal olunmuş və azad edilmiş ərazilərdə saylarının dəqiqləşdirilməsi davam etdirilir", - məlumatda deyilir.

Uşaqların ən çox Donetskdə - 429, Xarkovda - 269, Kiyevdə - 117, Zaporojyedə - 84, Xersonda - 83, Nikolayevdə - 82, Çerniqovda - 68, Luqanskda - 66, Dnepropetrovsk vilayətlərində - 63 nəfərin əziyyət çəkdiyi qeyd edilir.

Tunar Altunbay