Ukraynada nazir, nazir müavini və dövlət katibi helikopter qəzasında həlak oldu - FOTO

 12:23 18.01.2023     559

Brovarıda helikopterin qəzaya uğraması nəticəsində Ukraynanın daxili işlər naziri Denis Monastırski və onun birinci müavini Yevgeni Yenin həlak olub.

Redaktor.az xəbər verir ki, bu barədə UNİAN məlumat yayıb.

"Bu gün səhər, yanvarın 18-də Brovarıda Dövlət Fövqəladə Hallar Xidmətinin helikopteri qəzaya uğrayıb. Qəza nəticəsində daxili işlər naziri, nazirin birinci müavini və dövlət katibi həlak olub", - Ukrayna Milli Polisinin rəhbəri İqor Klimenko jurnalistlərə deyib.

Klimenkonun sözlərinə görə, hadisə nəticəsində hazırda 16 nəfərin, o cümlədən 2 uşağın həlak olduğu məlumdur. o, ölənlərdən 9-nun helikopterdə olduğunu bildirib.

"22 zərərçəkən xəstəxanadadır, onlardan 10-u uşaqdır. Bütün müvafiq və ixtisaslaşmış xidmətlər yerində işləyir. Hadisə yerinə baxış keçirilir", - polis rəisi əlavə edib.

Tunar Altunbay

Ukraynanın DİN rəhbəri helikopter qəzasında həlak oldu