Helikopterdə həlak olan nazirin cəbhəyə uçduğu məlum oldu
Ukraynanın daxili işlər naziri Kiyev vilayətinin Brovarı şəhərində qəzaya uğrayan helikopterdə cəbhənin “qaynar” nöqtələrindən birinə gedirdi.
Redaktor.az UNİAN-a istinadla xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Ofisindən məlumat verilib.
“Daxili işlər naziri iş üzrə ölkəmizdə hərbi əməliyyatların getdiyi qaynar nöqtələrdən birinə göndərilib”, - deyə ofisdən bildirilib.
Qeyd edək ki, 2023-cü il yanvarın 18-də Dövlət Fövqəladə Hallar Xidmətinin helikopteri Kiyev vilayətinin Brovarı şəhərində uşaq bağçası yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 9 nəfər, xüsusən də Daxili İşlər Nazirliyinin rəhbərliyi: nazir Denis Monastırski, onun müavini Yevgeni Yenin və dövlət katibi Yuri Lubkoviç olub. Helikopterdə olanların hamısı həlak olub.
Saat 10:30-a olan məlumata görə,qəza nəticəsində 3-ü uşaq olmaqla 18 nəfər ölüb, 15-i uşaq olmaqla 29 nəfər yaralanıb. Onlar xəstəxanadadırlar.
Hüquq-mühafizə orqanları Kiyev vilayətinin Brovarı şəhərində helikopterin qəzaya uğraması ilə bağlı bütün mümkün versiyaları nəzərdən keçirir.
Turan İSMAYIL