General orduda saqqal və planşet qadağasının səbəbini AÇIQLADI
Dövlət Dumasının Müdafiə Komitəsinin üzvü, general-leytenant Viktor Sobolev Ukraynada "xüsusi əməliyyat zonası"nda Rusiya hərbçilərinə saqqal saxlamağın və planşetlərdən istifadənin qadağan olunması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Redaktor.az-ın "Komsomolskaya pravda"ya istinadla məlumatına görə, deputat xatırladıb ki, hərbi xidmət nizamnaməsinin tələblərinə səliqəli görünüş meyarları daxildir.
"Ən gərgin döyüş fəaliyyətlərinin hər hansı birində 15-20 dəqiqə yoxdur. Dinc insanlar əsgərə baxır, model olmalıdır. Əgər o, saqqallı və təraşsız gəzirsə, bu, onu nə insan, nə də əsgər kimi təsvir etmir".
Onun sözlərinə görə, planşetlərin qadağası ilə bağlı hər şey çox sadədir - düşmənin aşkar edə biləcəyi rabitə vasitələrindən istifadə edə bilməzsiniz.
Qeyd edək ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqu Ukraynada "xüsusi hərbi əməliyyat" keçirilən zonada “Vostok” qoşun qruplaşmasının qərargahına baxış keçirib və qrup komandiri, general-leytenant Rüstəm Muradovun məruzəsini dinləyib.
Xatırladaq ki, Sergey Şoyqu Rusiya Silahlı Qüvvələrinin sayının artırılması məsələlərinə dair hərbi idarənin iclasından sonra Rusiya ordusunda genişmiqyaslı dəyişikliklərin, o cümlədən 2023-cü ildən başlayaraq 2026-cı ilə qədər onun sayının 1,5 milyon nəfərə çatdırılacağını açıqlamışdı.
Turan İSMAYIL