Putindən ETİRAF: "Bizi sadəcə olaraq aldadıblar"
Rusiya Donbass ətrafındakı vəziyyəti sülh yolu ilə həll etmək üçün əlindən gələni etdi, lakin tərəfdaşlar tərəfindən aldadıldığı üçün bu mümkün olmadı.
Redaktor.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Böyük Vətən Müharibəsi veteranları və mühasirədə olan Leninqrad sakinləri ilə görüşündə deyib.
“Uzun müddət dözdük, uzun müddət razılığa gəlməyə çalışdıq. İndi göründüyü kimi, bizi sadəcə olaraq aldadıblar.
Buna baxmayaraq, biz bu vəziyyəti sülh yolu ilə həll etmək üçün əlimizdən gələni etdik. İndi məlum oldu ki, bu, mümkün deyildi”, - Putin bildirib.
Turan İSMAYIL