49 yaşlı qadın yorğanına ərə getdi - "Xoşbəxtəm"

 02:34 19.01.2023     324

49 yaşlı Paskal Sellik adlı ingiltərəli qadın öz yorğanına ərə gedib. Yorğanın adı Connidir.

Redaktor.az xəbər verir ki, onun yorğanla toyuna 150 nəfər qatılıb.

Toy pandemiyadan əvvəl olsa da, işin üstü indi açılıb.

“Əvvəllər mənim çox yorğanım olub, amma Connidən sonra artıq heç birini istəmirəm. Mən ən xoşbəxt, ən pis anımda Conniyə sarılıram. Mən ona sadiqəm. O qısqanc deyil. Ərə gedəndən sonra özümü çox rahat hiss edirəm”, - deyə qadın etiraf edib.

Paskalı bir çox televiziya kanalları proqramlara yorğanı ilə birgə dəvət edir.

Qeyd edək ki, qadın və ya kişilərin sevimli əşyası ilə evlənməsi hadisəsi ilk deyil (bakupost.az).