Həlak olan nazirin səlahiyyətləri ona həvalə edildi

 18:44 18.01.2023     299

Ukrayna daxili işlər nazirinin səlahiyyətlərini icra etmək İqor Klemenkoya tapşırılıb.

Redaktor.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, o, indiyə qədər Ukrayna Polisinə rəhbərlik edib.

Ukrayna baş naziri Denis Şmıqal Klemenkonun Ukrayna daxili işlər nazirinin müavini təyin olunduğunu və yeni nazir təyinatına qədər nazirin səlahiyyətlərini icra edəcəyini açıqlayıb.

Qeyd edək ki, Ukraynanın DİN rəhbəri Denis Monastırski bu gün baş verən vertolyot qəzasında faciəvi şəkildə həyatını itirib.