Ermənistanda hərbçilər kazarmada diri-diri yandı - 15 ölü

 09:30 19.01.2023     503

Ermənistanın Basarkeçər rayonunun Azad kəndində N saylı hərbi hissənin mühəndis-istehkam bölüyünün kazarmasında baş verən yanğın nəticəsində 15 hərbçi ölüb. 

Redaktor.az "Sputnik- Erməninstan"a istinadlaxəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, 3 nəfərin vəziyyəti ağırdır. 

***

Ermənistanın Basarkeçər rayonunun Azad kəndində N saylı hərbi hissənin mühəndis-istehkam bölüyünün kazarmasında gecə saat 01:30 radələrində yanğın başlayıb.

Redaktor.az "Sputnik- Erməninstan"a istinadla xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hadisə nəticəsində ölənlər və yaralananlar var.

Hadisənin səbəbi müəyyənləşdirilir.  

Tunar Altunbay