Ermənistanda korpus komandiri işdən çıxarıldı - YENİLƏNİB

 11:09 19.01.2023     684

Ermənistanda İkinci ordu korpusunun komandiri Vahram Qriqoryan tutduğu vəzifədən azad edilib.

Redaktor.az xəbər verir ki, müvafiq fərmanı prezident Vaaqn Xaçaturyan imzalayıb.

Vahram Qriqoryan Həsrbi hissədə baş vermiş yanğınla bağlı işdən çoxarılıb.

Yanvarın 19-da gecə saat 01:30 radələrində Ermənistan Müdafiə Nazirliyinin Basarkeçərdəki N saylı hərbi hissəsinin mühəndis-istehkamçılar rotasının binasında qeyri-müəyyən şəraitdə yanğın baş verib. İlkin məlumata görə, 15 hərbçi həlak olub, 3 hərbçinin vəziyyəti ağır qiymətləndirilir.

***

Ermənistan silahlı qüvvələrinin 2-ci ordu korpusunun komandiri polkovnik Vahram Qriqoryan tutduğu vəzifədən uzaqlaşdırılacaq.

Redaktor.az xəbər verir ki, bu barədə ölkə mətbuatı yazıb.

Lakin bunun səbəbi açıqlanmayıb. Müdafiə Nazirliyi korpus komandirinin işdən çıxarılacağı barədə məlumatı şərh etməyib.

Qeyd edək ki, ötən gecə Ermənistanın Basarkeçər rayonunun Azad kəndində N saylı hərbi hissənin mühəndis-istehkam bölüyünün kazarmasında yanğın baş verib. Hadisə nəticəsində 15 hərbçi həlak olub.

V.Qriqoryanın işdən çıxarılacağı barədə məlumatın bu hadisə ilə bağlı olub-olmadığı da məlum deyil.

Xatırladaq ki, V. Qriqoryan 2021-ci ildə 2-ci Ordu Korpusunun komandiri təyin olunub.