Türkiyədə atışma - Ölən və yaralananlar var

 09:59 19.01.2023     322

Türkiyənin Mardin şəhərində avtomobilə silahlı basqın olub.

Redaktor.az “TRT HABER”ə istinadla xəbər verir ki, atışmada 3 nəfər ölüb, 2 nəfər isə yaralanıb.

Məlumata görə, Artuklu-Nusaybin avtomobil yolunun Yeniköy məhəlləsində naməlum şəxs və ya şəxslər xarici dövlət nömrə nişanlı avtomobilə atəş açıb.

Yaralılar Nusaybin Dövlət Xəstəxanasına çatdırılıb.

Qeyd olunur ki, hücum edənlərin tutulması üçün tədbirlər görülür.

Həmidə İbrahimova