Ermənistan höküməti internetə məhdudiyyət qoymağa hazırlaşır

 10:11 19.01.2023     354

Ermənistan Ədliyyə Nazirliyi internetin məhdudlaşdırılması ilə bağlı qanun layihəsi hazırlayıb. “Hərbi vəziyyətin hüquqi rejimi haqqında” qanuna edilən dəyişikliklər saytların, sosial şəbəkələrin, internet proqramlarının müvəqqəti bloklanmasını, internetə çıxışın qismən və ya tam məhdudlaşdırılmasını nəzərdə tutur.

Redaktor.az "Sputnik Ermənistan"a istinadla xəbər verir ki, bunu parlamentdə deputatların suallarını cavablandırarkən Ermənistanın ədliyyə naziri Qriqor Minasyan deyib. Onun sözlərnə görə, yenin qanun layihəsi ilə hökümət hərbi əməliyyatlar zamanı internetin tamamilə bloklanmasını planlaşdırmır və qanuna dəyişikliklə bağlı müvafiq təkliflər başqa şeylə bağlıdır.

Minasyan xatırladıb ki, hərbi vəziyyətin “hüquqi rejimi haqqında” qanun 2006-cı ildə qəbul edilib. Lakin 2020-ci il 44 günlük müharibə və ötən ilin sentyabr toqquşmaları göstərdi ki, qanunun təkmilləşdirilməsinə ehtiyac var.
Onun sözlərinə görə, hüquq-mühafizə orqanları internetə və sosial şəbəkələrə çıxış məsələsini tənzimləmək üçün nəzərdə tutulmuş təkliflər veri:. 
"Qanun layihəsi artıq hazırdır, lakin ictimai müzakirələr hələ qabaqdadır. Onlar keçən kimi Ədliyyə Nazirliyi müvafiq qaydada parlamentə məlumat verəcək".

Nazir hərbi vəziyyət elan olunan zaman internetin dərhal bağlanacağı ilə bağlı iddiaları əsassız adlandırıb: 

"Söhbət girişin tamamilə bağlanmasından deyil, hökumətə lazım gələrsə, bu və ya digər tətbiqi bloklamaq və ya konkret məkanda internetə çıxışı bloklamaq imkanı verməkdən gedir".

Tunar Altunbay