Ukraynada rusların itkiləri - 760 hərbçi, 6 tank, 1 helikopter, 6 PUA...

 10:25 19.01.2023     294

Rusiya ordusunun Ukraynadakı son itkiləri açıqlanıb.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, fevralın 24-dən indiyədək Rusiya ordusunun 118530 (+760) nəfər canlı qüvvəsi, 3136 (+6) tank, 6235 (+10) ədəd zirehli döyüş maşını, 2122 (+14) ədəd artileriya sistemi,  442 (+0) reaktiv yaylım atəşi sistemi, 220 (+0) hava hücumundan müdafiə sistemi, 287 (+0) təyyarə, 277 (+1) helikopter, 1882 (+6) PUA, 749 (+0) qanadlı raket, 17 (+0) gəmi, 4896 (+7) avtomobil texnikası və avtosistern, 190 (+0) xüsusi texnikası məhv edilib.

Nərmin VÜQARQIZI

2