Qazaxıstan parlamentinin Aşağı Palatası buraxıldı
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkə parlamentinin Aşağı Palatasının buraxılmasına dair sərəncam imzalayıb.
Redaktor.az xəbər verir ki, məlumatı “Zakon” yayıb.
Sərncama əsasən, Aşağı Palataya nöbədənkənar seçkilər martın 19-na təyin olunub.
Məlumata görə, seçkilər 2025-ci ildə keçirilməli idi. Ancaq Qazaxıstan Konstitusiyasında 2022-ci ildə edilən dəyişikliyi əsas götürən Tokayev növbədənkənar seçkilərin keçirilməsi təklifi ilə çıxış etmişdi.
Qeyd edək ki, o, yanvarın 19-da Aşağaı Palatanın sədri və Baş nazirlə məclisin buraxılmasına dair məsləhətləşmə də aparıb.