Rusiyaya növbəti zərbə - Silah anbarı, döyüşçülər məhv edildi

 16:00 19.01.2023     243

Ukrayna Silahlı Qüvvələrinin Hərbi Dəniz Qoşunları yanvarın 18-də Rusiyanın sursat anbarını və 26 hərbçisini sıradan çıxarıb.

Redaktor.az UNİAN-a istinadla xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Dəniz Qoşunları komandanlığının mətbuat xidməti məlumat yayıb.
"Son sutka ərzində dəniz piyadaları 17 işğalçını məhv edib. Bundan əlavə, Ukrayna Silahlı Qüvvələrinin Hərbi Dəniz Qoşunlarının Dəniz Piyadaları Komandanlığının artilleriya hərbi hissələri və bölmələri işğalçılara atəş açıb, nəticədə “Akatsiya” özüyeriyən artilleriya qaubitsası, sursat anbarı və 9 rus əsgəri məhv edilib. Düşmənin son itkiləri dəqiqləşdirilir”,- məlumatda deyilir.

Tunar Altunbay