Britaniyanın müdafiə nazirindən Putinə XƏBƏRDARLIQ: "Biz bu işin içindəyik"

 18:51 19.01.2023     435

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı Ukraynaya 600 "Brimstone" raketi təhvil verəcək.

Redaktor.az xəbər verir ki, Britaniyanın "Sky News" telekanalının məlumatına görə, bu barədə Britaniyanın müdafiə naziri Ben Uolles Estoniyada keçirdiyi mətbuat konfransında bildirib.

Nazir əlavə edib ki, Ukraynaya dəstək bu il və gələn il davam edəcək. O əlavə edib ki, Britaniya bunu uzunmüddətli perspektivdə edəcək.

Uolles həmçinin Rusiyanı Ukrayna ərazisini tərk etməyə çağırıb. "Biz heç yerdə yoxa çıxmırıq, cənab Putin. Biz uzun müddətdir bu işin içindəyik. Biz Ukraynanın tərəfindəyik. Siz hesablamaları dəyişməli, dəyişikliklər etməlisiniz. Siz Ukraynanı tərk etməlisiniz", - müdafiə naziri vurğulayıb.

O qeyd edib ki, Rusiyanın Ukraynadan zorla çıxarılacağını və Ukraynanın suverenliyinin bərpa olunacağını başa düşməsi həyati əhəmiyyət kəsb edir.

Uolles bildirib ki, Britaniya "döyüş teatrında" Ukraynaya kömək etmək üçün 600 "Brimstone" raketi göndərəcək.

Bu məlumat Ukraynaya müəyyən sayda zirehli texnika və “Challenger 2” tanklarının verilməsinin təsdiqindən sonra yayılıb: “Bu, Ukraynanın döyüş meydanında üstünlük təşkil etməsinə kömək etmək üçün inanılmaz dərəcədə vacib olacaq”, - Uolles əlavə edib.

Turan İSMAYIL