Moldova Qərbdən hərbi yardım İSTƏDİ
"Moldova qonşu Ukraynada müharibənin qızışdığı bir vaxtda müttəfiqlərindən hava hücumundan müdafiə imkanlarını gücləndirməyi xahiş edib, baxmayaraq ki, Rusiyanın sabitliyi pozmaq üçün göstərdiyi səylər indiyədək uğursuz olub".
Redaktor.az xəbər verir ki, bu sözləri Moldova Prezident Maia Sandu "Reuters"ə müsahibəsində deyib.
Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində Reuters agentliyinə müsahibə verən Sandu əlavə edib ki, müttəfiqlərdən hava müşahidəsi və müdafiə sistemləri istəyib:
"Biz başa düşürük ki, Ukrayna prioritetdir", lakin biz də ümid edirik ki, bəzilərini alacağıq.
Moldovanın qərbyönlü hökuməti Rusiyanın işğalından sonra Kiyevi qəti şəkildə dəstəkləyib və keçən fevral ayında rus qoşunlarının Ukraynaya yeridilməsindən cəmi bir həftə sonra Avropa İttifaqına üzv olmaq üçün rəsmi müraciət edib.
Tunar Altunbay