Litvadan Ukrayna üçün XOŞ XƏBƏR
Litva Ukrayna üçün yeni hərbi yardım paketi hazırlayıb.
Redaktor.az xəbər verir ki, bu barədə Litvanın müdafiə naziri Arvidas Anuşauskas “Twitter” səhifəsində məlumat yayıb.
Yeni hərbi paketinə iki Mi-8 helikopteri və L-70 zenit silahı daxil olacaq. Yardımın ümumi dəyəri 125 milyon dollardır.
"Bu gün Litvadan Ukrayna üçün xoş xəbərim var. Litvanın Ukraynaya yeni hərbi yardım paketi onlarla L-70 zenit silahı, sursat və iki Mi-8 helikopterindən ibarətdir", - deyə nazir bildirib.