Ukraynaya ağır silah göndərən ölkələrin sayı ARTIR
Ukrayna Prezidenti Vladimir Zelenskinin silahla bağlı çağırışına daha çox ölkə cavab verib.
Redaktor.az BBC-yə istinadla xəbər verir ki, ABŞ zirehli maşınlar və hava hücumundan müdafiə sistemləri də daxil olmaqla 2,5 milyard dollarlıq paket göndəriləcəyini bildirib.
Məlumata görə, doqquz ölkə - Böyük Britaniya, Polşa, Latviya, Litva, Danimarka, Çexiya, Estoniya, Hollandiya və Slovakiya daha çox dəstək vəd edib.
Elan edilən paketlərə aşağıdakılar daxildir:
Böyük Britaniya - 600 Brimstone raketi
Danimarka - 19 Fransız istehsalı olan Sezar özüyeriyən haubitsa
Estoniya - haubitsalar, döyüş sursatları, dəstək maşınları və tank əleyhinə qumbaraatanlar
Latviya - Stinger hava hücumundan müdafiə sistemləri, iki helikopter və pilotsuz təyyarələr
Litva - zenit silahları və iki helikopter
Polşa - 70.000 sursatla S-60 zenit silahları
Çexiya - daha böyük çaplı sursat, haubitsa və BTR istehsal edir
Hollandiya isə öz dəstək paketini bu gün elan edəcək.
Nərmin VÜQARQIZI