Ukraynada Soledar və Baxmutda qızğın döyüşlər gedir

 10:02 20.01.2023     329

Ukrayna əsgərləri Donbassda 16 yaşayış məntəqəsində və Zaporojye vilayətində düşmənin hücumlarını dəf edib.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının hesabatında bildirilib.

“Ötən sutka ərzində Müdafiə Qüvvələrinin bölmələri Luqansk vilayətinin Novoselovskoe və Beloqorovka yaşayış məntəqələri, Verxnekamenskoe, Krasnopolevka, Soledar, Krasnaya Qora, Paraskovievka, Baxmut, İvanovskoye, Vodiya, Dyleyev ərazilərində işğalçıların hücumlarını dəf edib", - deyə məlumatda qeyd olunub.

Nərmin VÜQARQIZI