Nazarbayev əməliyyat olundu - YENİLƏNİB

 10:57 20.01.2023     588

Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayev ürəyindən əməliyyat olunub. 

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə sabiq Prezidentin mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, əməliyyat uğurlu alınıb, keçmiş dövlət başçısının həyatı üçün təhlükə yoxdur.

***

Qazaxıstan Respublikasının Birinci Prezidenti Nursultan Nazarbayev xəstəxanaya yerləşdirilib.

Redaktor.az xəbər verir ki, bu barədə “Sputnik Kazakhstan” məlumat yayıb.

Qeyd olunur ki, Nazarbayevin mətbuat katibi Aidos Ukibay telefon zənglərinə cavab vermir.

Həmidə İbrahimova