Qayığın batması nəticəsində 145 nəfər itkin düşdü

 10:30 20.01.2023     240

Konqo Demokratik Respublikasından Konqo Respublikasına doğru hərəkət edən qayığın Lulonqa çayında batması nəticəsində azı 145 nəfər itkin düşüb.

Redaktor.az “Haber Global”a istinadla xəbər verir ki, bu barədə məlumatı bölgədəki qeyri-hökumət təşkilatlarının rəhbəri Jean-Pierre Vangela açıqlayıb.

Qeyd olunur ki, indiyədək qəzadan 55-ə yaxın insan xilas edilib. Səlahiyyətlilər tərəfindən verilən açıqlamada qayıqda çoxlu heyvan və yük olduğu bildirilib.

Qəzadan sağ çıxanlar bildiriblər ki, qayıq pis hava şəraiti səbəbindən batıb.

Həmidə İbrahimova