Ukraynada rusların itkisi 120 000 nəfərə ÇATIR

 10:52 20.01.2023     346

Rusiya ordusunun Ukraynadakı son itkiləri açıqlanıb.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, fevralın 24-dən indiyədək Rusiya ordusunun 119300 (+770) nəfər canlı qüvvəsi, 3139 (+3) tank, 6241 (+6) ədəd zirehli döyüş maşını, 2129 (+7) ədəd artileriya sistemi,  442 (+0) reaktiv yaylım atəşi sistemi, 220 (+0) hava hücumundan müdafiə sistemi, 287 (+0) təyyarə, 277 (+0) helikopter, 1886 (+4) PUA, 749 (+0) qanadlı raket, 17 (+0) gəmi, 4903 (+7) avtomobil texnikası və avtosistern, 190 (+0) xüsusi texnikası məhv edilib.

Nərmin VÜQARQIZI

2