"Whatsapp" 5,5 milyon avro CƏRİMƏLƏNDİ
“Whatsapp” sosial media platforması “xidmətin təkmilləşdirilməsi və təhlükəsizliyi” təmin etmək üçün istifadəçilərə şəxsi məlumatlarından istifadə etməyə məcbur etdiyi üçün 5,5 milyon avro cərimələnib.
Redaktor.az "Haber Global"a istinadla xəbər verir ki, İrlandiyadakı Məlumatların Mühafizəsi Komissiyası (DPC) "Whatsapp"ı Avropa İttifaqının (Aİ) məxfilik qaydalarını pozduğuna görə cərimələyib.
"Whatsapp" rəsmilərinin açıqlamasına görə, qərarın Apellyasiya Məhkəməsinə çıxarılacağı bildirilib.
Nərmin VÜQARQIZI