Netflix-də böhran: Baş direktor istefa verir

 11:27 20.01.2023     212

Netflix-in həmtəsisçisi və hələ də baş direktor vəzifəsini icra edən Reed Hastings istefa vermək qərarına gəlib.

Redaktor.az "Haber Global"a istinadla xəbər verir ki, bu barədə o, özü açıqlama verib. 

“Son illərdə daha çox idarəçiliyə rəhbərlik edirəm və indi vəzifədən getməyin ən doğru zamanıdır. İdarə heyətimiz illərdir satın alma prosesini planlaşdırır, hətta qurucuların da təkamül etməsi lazımdır. Mən ilk 25 ilimizlə fəxr edirəm və növbəti 25 ilimiz üçün çox həyəcanlıyam", - deyə baş direktor bildirib.

Qeyd edək ki, 1997-ci ildə DVD poçt xidməti olaraq başlayan Netflix, daha sonra rəqəmsal oldu və abunəçi sayını artıraraq Hollivuda meydan oxudu.

Nərmin VÜQARQIZI