"Xocalı" qatili həbs olunacaq

 12:38 20.01.2023     399

Ermənistanın Baş prokuror Anna Vardapetyan sabiq müdafiə naziri Seyran Ohanyanın cinayət məsuliyyətinə cəlb edilməsi tələbi ilə çıxış edib.

Redaktor.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, Vardapetyan ölkə parlamentinin spikeri Alen Simonyana müxalifətin parlamentdəki “Hayastan” fraksiyasının rəhbəri, keçmiş müdafiə naziri Seyran Ohanyana qarşı cinayət işinin başlanmasına razılıq verilməsi üçün üç vəsatət təqdim edib.

Qeyd edək ki, Baş Prokurorluğun cinayət işinə başlanması üçün parlamentin razılığı lazımdır.

Tunar Altunbay