Finlandiya Ukraynaya ağır artilleriya göndərəcək

 12:46 20.01.2023     272

Finlandiya Ukraynaya 12-ci hərbi yardım paketini, o cümlədən, ağır artilleriya və sursatlar ayırır.

Redaktor.az “İnterfaks”a istinadla xəbər verir ki, bu barədə Finlandiya hökumətinin bəyanatında deyilir.

Məlumata görə, yardım paketinin təqdim etdiyi avadanlıqların dəyəri 400 milyon avrodan çoxdur.

Ümumilikdə Helsinki Ukraynaya 590 milyon avro məbləğində hərbi yardım göstərib.

Həmidə İbrahimova