Putin və Tokayev enerji sahəsində əməkdaşlığı müzakirə etdi

 13:50 20.01.2023     217

Rusiya Prezidenti Vladimir Putinlə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev arasında telefon danışığı olub.

Redaktor.az xəbər verir ki, bu barədə Kremlin rəsmi saytında məlumat verilib.

Telefon danışığı zamanı Rusiya-Qazaxıstan strateji tərəfdaşlığı və müttəfiqliyinin inkişafına dair aktual məsələlər müzakirə olunub. Həmçinin, enerji sahəsində gələcək əməkdaşlıq məsələlərinə xüsusilə toxunulub.