Ölən erməni hərbçilərin valideynləri aksiya keçirir
44 günlük müharibədə həlak olan hərbçilərin valideynləri Ermənistan İstintaq Komitəsinin önündə etiraz aksiyası keçirir.
Redaktor.az "Sputnik Ermənistan"a istinadla xəbər verir ki, aksiya iştirakçıları 21 sentyabrda Yerablurda baş verən insidentlə bağlı istintaqın gedişindən narazıdırlar.
Qeyd edək ki, istintaqı Ermənistan İstintaq Komitəsinin nümayəndəsi Yuri İvanyan aparır.
Nərmin VÜQARQIZI