Rusiya-ABŞ münasibətləri heç vaxt düzəlməyəcək - Peskov
"Moskvanın yaxın gələcəkdə Vaşinqtonla münasibətlərinin yaxşılaşacağına ümidi yoxdur".
Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu Rusiya prezidentinin sözçüsü Dmitri Peskov mətbuata açıqlamasında deyib.
O bildirib ki, Co Baydenin prezidentliyi dövründə münasibətlər çox pis olub.
"Baydenin prezidentliyi dövründə Cenevrə sammiti ilə bağlı ümidlərə baxmayaraq, ikitərəfli münasibətlərimiz çox pis oldu. Təəssüf ki, ikitərəfli münasibətlər hələ də ən aşağı səviyyədədir",- Peskov bildirib.
Onun fikrincə, "yaxın gələcəkdə yaxşılaşmaya ümid yoxdur".
Nərmin VÜQARQIZI