Pentaqon rəhbəri Ukrayna münaqişəsində “həlledici” məqamı AÇIQLADI
ABŞ müdafiə naziri Lloyd Ostin hesab edir ki, Qərb ölkələri "həlledici" dövrünü yaşayan Ukraynaya hərbi yardımı artırmalıdır.
Redaktor.az xəbər verir ki, bu barədə o, Almaniyanın Ramşteyn aviabazasında Ukraynaya hərbi yardım üzrə təmas qrupunun iclasının açılışında deyib.
“Biz göstərilən yardımın səviyyəsini, qətiyyətimizi saxlamalı və hətta səylərimizi artırmalıyıq. Ukraynanı və bütün dünyanı Rusiyadan bu onillikdə qurtarmalıyıq”, - Pentaqonun rəhbəri əlavə edib.
Ostinin sözlərinə görə, bir sıra ölkələr tərəfindən Kiyevə hava hücumundan müdafiə sistemlərinin tədarükü məhz bu qrupun işi sayəsində mümkün olub.
Tunar Altunbay