Çexiya və Slovakiya Ukraynaya Leopard tanklarını verməyə hazırdır

 17:52 20.01.2023     292

Slovakiya və Çexiya Almaniyadan aldıqları "Leopard" tanklarını Ukraynaya verməyə hazırdırlar. Söhbət 30-a yaxın ağır texnikadan gedir.

Redaktor.az xəbər verir ki, bu barədə Almaniyanın "FAZ" nəşri diplomatik dairələrdəki mənbələrə istinadən məlumat yayıb.

Məlumatda deyilir ki, bu ölkələr artıq sovet istehsalı olan tankları Ukrayna ordusuna veriblər.

"Söhbət İsveçrə və Almaniyadakı anbarlardan çıxarıldıqdan sonra sənaye tərəfindən alınıb anbara qoyulan cəmi 30 "Leopard" tankından gedir", - qəzet qeyd edir.

Müqaviləyə görə, Berlin ayda iki tank verməli idi. Slovakiya və Çexiya yəqin ki, artıq ağır texnikanın ilk hissələrini alıblar. Ekipaj hazırlığı dekabrda başlaya bilər.

Tunar Altunbay