Putinə görə qazax deputatın mandatı ləğv edildi 

 20:09 20.01.2023     385

Qazaxıstan parlamentinin deputatı Azamat Əbildayev Rusiyanın Ukraynadakı müharibəsini dəstəklədiyinə görə mandatdan məhrum edilib.

Redaktor.az xəbər verir ki, qərar Qazaxıstan Mərkəzi Seçki Komissiyasının saytında dərc olunub.

Bundan əvvəl Əbildayev “Ak Yol” Demokrat Partiyasından da xaric edilib.

Xatırladaq ki, yanvarın 18-də deputat "Azattyk" radiosuna müsahibəsində Rusiya prezidenti Vladimir Putini dəstəklədiyini bildirib. O, Ukraynanı “nasistlərin” idarə etdiyini və dinc əhali arasında itkilərin qarşısını almağın mümkün olmadığını söyləyib.