Rusiyanı bu il Ukraynadan çıxarmaq çətindir -  ABŞ generalı

 21:35 20.01.2023     283

ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin Baş Qərargah rəisi, general Mark Milli Rusiyanın bu il Ukraynadan hərbi yolla çıxarılmasının çox çətin olduğunu bildirib.

Redaktor.az xəbər verir ki, bu barədə o, ABŞ-ın Almaniyadakı Ramşteyn bazasında keçirilən mətbuat konfransında danışıb.

Ukrayna ordusunun hücuma keçərək bəzi bölgələri Rusiyadan almasının mümkün olduğunu bildirən general Rusiyanın bu müharibədə böyük itkilər verdiyini qeyd edib.

General Milli Ukrayna ilə Rusiya arasında müharibənin çox çətin olduğunu, çox uzun cəbhədə və geniş ərazidə aparıldığını, Ukrayna ərazisində hələ də çoxlu rus qüvvələrinin olduğunu deyib.